"Uypeşt"lə ilk matçın hazırlığı yekunlaşdı | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Uypeşt"lə ilk matçın hazırlığı yekunlaşdı

"Neftçi” PFK Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində iyulun 12-si saat 21:00-da "Dalğa Arena”da Macarıstanın "Uypeşt” klubu ilə oyunöncəsi son məşqə çıxıb. Baş məşqçi Roberto Bordin və kapitan Ruslan Abışovun iştirakı ilə təşkil olunmuş mətbuat konfransından sonra keçirilən hazırlıq prosesinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub. Bütün futbolçuların iştirak etdiyi məşq texniki-taktiki hazırlığa həsr olunub. "Dalğa Arena”da baş tutan hazırlıq prosesində bütün futbolçular iştirak edib.


Qeyd edək ki, oyunu işıqlandırmaq istəyən jurnalistlər üçün "Neftçi” PFK tərəfindən ayrılacaq avtobus saat 19:00-da Tofiq Bəhramov adına Respublika stadionunun qarşısından yola düşəcək. Azarkeşlərimizin də matça gedib-qayıtmaları təmin olunacaq. Bunun üçün ayrılan 16 ədəd avtobus saat 18:00-dan etibarən "Ulduz” metrostansiyası yaxınlığından stadiona yollanacaq.


Xatırladaq ki, oyun üçün biletləri "Dalğa Arena” və "Bakcell Arena” stadionlarının kassaları, həmçinin "Bravo Supermarket”in Babək, 20 yanvar, Əhmədli, "Rahat market”in isə "Neftçilər”, "Metropark”, "Baku MALL” (Qələbə dairəsi) mağazalarından əldə etmək mümkündür. Biletlərin qiyməti 1, 2, 5 və 20 (VİP yerlər) AZN-dir.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


No To Racism