"Neftçi" "Uypeşt"i məğlub etdi | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" "Uypeşt"i məğlub etdi

"Neftçi" "Uypeşt"i məğlub etdi

"Neftçi” PFK bu gün Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Macarıstanın "Uypeşt” klubu ilə qarşılaşıb. "Dalğa Arena"da keçirilən oyunda komandamız əzmkar qələbə qazanıb. Hesabı 9-cu dəqiqədə rəqib açsa da, "Neftçi" Dabo (23-cü və 72-ci dəqiqələr) və Emin Mahmudovun (90+2-ci dəqiqə) qolları ilə qalib gəlib.

"Neftçi”: 1.Səlahət Ağayev, 5.Anton Krivotsyuk, 6.Qoran Paratski, 7.Namik Ələskərov (8. Emin Mahmudov, 42), 9.Baqali Dabo (11.Kvame Karikari, 90), 10.Dario Frederiko, 15.Ruslan Abışov (K), 17.Rəhman Hacıyev (28. Slavko Braliç, 77), 21.Məhəmməd Mirzəbəyov, 25.Kirilo Petrov, 93.Soni Mustivar.

Ehtiyat oyunçular: 94.Rəşad Əzizli, 4.Rəşad Eyubov, 8.Emin Mahmudov, 11.Kvame Karikari, 18.Tural Axundov, 22.Mirabdulla Abbasov, 28.Slavko Braliç.

1' OYUN BAŞLADI!

6' Komandamızın ərazi üstünlüyü müşahidə olunur. Təhlükəli epizod hələ yoxdur.

9' Qol. "Uypeşt" hesabda irəli çıxır. Nad fərqlənir - 0:1.

13' Rəhmanın təhlükəli zərbəsindən sonra top qapının üstündən keçir. Çox yaxınlaşdıq qola!

20' Ələskərovun zərbəsi təhlükəli alınmadı.

23' QOL! QOL! QOL! BAQALI DABO! Darionun zərbəsindən sonra qapıçı topu tuta bilmədi, Dabo isə təkrar zərbə ilə hesabı bərabərləşdirir! 1:1!

28' Abışovun başla zərbəsi, top qapının üstündən keçir.

28' Ələskərov cərimə meydançasına girir, müdafiəçidən sıyrılır, topu düz Rəhmanın qabağına ötürür, amma Hacıyev topu boş qapıdan keçirə bilmir! Əla bir epizod idi!

37' Ələskərov əvəzlənəcək. Emin Mahmudov onun əvəzinə meydana daxil olacaq.

42' Və əvəzetmə baş verir. Mahmudov meydandadır.

45'+2 İlk hissə bitdi. 1:1.

46' İkinci hissə başladı.

49' Rəhmanın uzaqdan zərbəsi - top qapının yanından keçir.

57' Komandamızın əks-hücumu, Darionun zərbəsi alınmır.

64' Emin Mahmudovun akrobatik zərbəsindən sonra qonaq komandanın qapıçısı topu küncdən çıxarmağı bacarır.

71' QOOOOOOOOOOOOOL! QOOOOOL! DABO! DABO! DABO! Qapıçının səhvindən sonra fransız hücumçumuz ikinci qolu vurur - 2:1!

77' Slavko Braliç Rəhman Hacıyevi əvəzləyir.

79' Qapıçı yenə də "Uypeşt"i qoldan xilas edir! Bu dəfə Darionun zərbəsindən sonra.

85' Mustivarın zərbəsi... Top qapının yanından keçir. "Doqquzluğ"a az qalmışdı...

89' Dabonun növbəti təhlükəli zərbəsi. Qeyri-dəqiq bu dəfə.

90' Karikari Dabonu əvəzləyir.

90'+2 EMİN MAHMUDOOOOOOOOOV! 3:1! BRAVO, "NEFTÇİ"!

90'+3 BUDUR, OYUN BITDI! 3-1! 

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism