Roberto Bordin: "Bizim üçün çox gözəl oyun oldu" | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Roberto Bordin:

Roberto Bordin: "Bizim üçün çox gözəl oyun oldu"

"Neftçi” PFK-nın baş məşqçisi Roberto Bordin Avropa Liqasının birinci təsnifat mərhələsinin "Uypeşt”lə ilk oyunundan sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib. İtaliyalı mütəxəssis komandadan və nəticədən razı qaldığını deyib:


"Komandamdan və nəticədən çox razıyam. Futbolçulardan həm də ona görə razıyam ki, qol buraxandan sonra özlərinə gələ bildilər. Fikrimcə, bizim üçün çox gözəl oyun oldu. Şanslarımız az deyildi. Hətta 3 qol vuraraq, oyunu öz xeyrimizə çevirə bildik. Komandamızın üzvləri xarakter göstərdilər. Namik Ələskərova görə çox üzgünəm, dizindən zədələndi. Zədəsinin nə qədər ciddi olduğu hələ ki məlum deyil, amma ümid edirəm, yaxşı olacaq. Futbolçularımızın fiziki durumundan da razı qaldım. Çünki Namik zədələnəndə 10 dəqiqə azlıqda oynadıq və bu müddət ərzində komanda ikiqat güc sərf etdi. Azarkeşlərimizə təşəkkür edirəm. Onlar oyun başlayandan sonadək bizi dəstəklədilər”.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism