"Uypeşt"lə cavab matçının hazırlığı başlandı | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Uypeşt"lə cavab matçının hazırlığı başlandı

"Uypeşt"lə cavab matçının hazırlığı başlandı

İyulun 12-də Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyununda Macarıstanın "Uypeşt” klubunu 3:1 hesabı ilə məğlub edən "Neftçi” PFK bir günlük fasilədən sonra cavab matçının hazırlığına start verib. Komandamız bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə axşam məşqinə çıxıb. Məşqdə zədəli Namik Ələskərovdan başqa bütün futbolçular iştirak ediblər. Hazırlıq sabah səhər məşqi ilə davam edəcək.


Qeyd edək ki, "Uypeşt” – "Neftçi” oyunu iyulun 19-da Bakı vaxtı ilə saat 23:00-da Budapeştdəki "Ferens Susa” stadionunda keçiriləcək.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism