"Uypeşt"lə cavab oyununun hazırlığı davam edir | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Uypeşt"lə cavab oyununun hazırlığı davam edir

İyulun 12-də Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyununda Macarıstanın "Uypeşt” klubunu 3:1 hesabı ilə məğlub edən "Neftçi” PFK cavab matçının hazırlığını davam etdirir. Komandamız bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə səhər məşqinə çıxıb. Məşqdə zədəli Namik Ələskərovdan başqa bütün futbolçular iştirak ediblər. Hazırlıq sabah da bir məşqlə davam edəcək.


Qeyd edək ki, "Uypeşt” – "Neftçi” oyunu iyulun 19-da Bakı vaxtı ilə saat 23:00-da Budapeştdəki "Ferens Susa” stadionunda keçiriləcək.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism