"Neftçi" bu gün oyunöncəsi son məşqə çıxacaq | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" bu gün oyunöncəsi son məşqə çıxacaq

"Sumqayıt” klubu ilə oyunun hazırlığı gündə bir məşq olmaqla davam edir. Komandamız Topaz Premyer Liqasının ilk tur matçına "Türk Hava Yolları Futbol Mərkəzi”ndə hazırlaşır. Dünənki məşqdə Ruslan Abışovdan başqa bütün futbolçular iştirak ediblər. "Gənclik şəhəri” təmsilçisi ilə matçın hazırlığına bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçiriləcək oyunöncəsi son məşqlə yekun vurulacaq.


Xatırladaq ki, avqustun 11-də "Dalğa Arena”da baş tutacaq "Sumqayıt” – "Neftçi” oyunu saat 20:00-da start götürəcək.
Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


No To Racism