"Neftçi" "Sumqayıt"la matçın hazırlığını başa vurdu | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" "Sumqayıt"la matçın hazırlığını başa vurdu

"Neftçi” PFK Topaz Premyer Liqasının ilk turunda qarşılaşacağı "Sumqayıt” klubu ilə oyunun hazırlığını başa vurub. Komandamız bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. Hazırlıq prosesində Ruslan Abışovdan başqa bütün futbolçular iştirak ediblər. Zədəli Abışovla yanaşı, ötən mövsümün son oyununda qırımızı vərəqə ilə cəzalandırılmış Kirilo Petrov da "Gənclik şəhəri” təmsilçisi ilə matçı buraxacaq.


Xatırladaq ki, avqustun 11-də "Dalğa Arena”da baş tutacaq "Sumqayıt” – "Neftçi” oyunu saat 20:00-da start götürəcək.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


No To Racism