"Neftçi"dən ardıcıl ikinci qələbə | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi"dən ardıcıl ikinci qələbə

"Neftçi” PFK bu mövsüm Topaz Premyer Liqasında ardıcıl ikinci qələbəsini qazanıb. Komandamız 2-ci turda "Qəbələ” klubunu 2:1 hesabı ilə məğlub edib. "Dalğa Arena”da baş tutan görüşdə "Neftçi”nin qollarını Baqali Dabo (36-cı dəqiqə) və Dario Frederiko (48-ci dəqiqə) vurublar.


"Neftçi”: 1.Səlahət Ağayev, 5.Anton Krivotsyuk, 6.Qoran Paratski, 8.Emin Mahmudov (K), 9.Baqali Dabo (77.Elvin Sərkərov, 86), 10.Dario Frederiko (17.Rəhman Hacıyev, 83), 11.Kvame Karikari (22.Mirabdulla Abbasov, 73), 18.Tural Axundov, 21.Məhəmməd Mirzəbəyov, 25.Kirilo Petrov, 93.Soni Mustivar.


Ehtiyat oyunçular: 94.Rəşad Əzizli, 12.Kamran İbrahimov, 7.Namik Ələskərov, 26.Ömər Buludov, 28.Slavko Braliç, 37.Vüsal Əsgərov, 70.Əli Şirinov.


19 avqust 2018. "Dalğa Arena”, 600 tamaşaçı


Sarı vərəqələr: Elvin Camalov, 40 (qeyri-idman hərəkəti)


Qollar: Baqali Dabo, 36; Dario Federiko, 48 // Rauf Əliyev, 85


1' Matç başladı!


2' Oyunun ilk künc zərbəsi "Neftçi"nin. Hücüm alınmadı.


3' Dabo zərbə endirir, müdafiəçi qarşısını alır.


8' Əla bir şans Karikari üçün, amma onun zərbəsindən sonra "Qəbələ"nin müdafiəçisi topu boş qapıdan çıxarır.


19' Dario gözəl bir imkanı əldən verir. Top onun zərbəsindən sonra qapının yanından keçir.


22' Mirzəbəyov "Qəbələ"nin cərimə meydançasında yıxılır, hakimin fiti susur, oyun davam etməlidir.


27' Dabonun zərbəsindən sonra top qapının üstündən keçir.


32' Mahmudovun zərbəsi dəqiq alınmır.


37' QOOOOOOOL! BAQALI DABO hesabı açır - 1:0!


43' Birinci hissə ərazi üstünlüyümüzlə keçir.


45'+1 İlk hissə bitdi.


46' İkinci hissə başladı.


47' Səlahət komandamızı qoldan xilas edir.


48' QOOOOOL! DARİO FREDERİKO! 2:0!


52' Daha bir şans Dabo üçün. Nəzarətsiz qalan fransalı topu qapının yanından göndərir.


59' Karikarinin zərbəsi, qapıçı yerindədir.


61' Karikari fərqlənir, amma oyundan kənar vəziyyətdən…


69' Mahmudovun zərbəsindən sonra top qapının yanından keçir.


74' Mirabdulla Abbasov Karikarini əvəzləyir.


78' Axundov zərbə endirir - top qapının yanından keçir.


83' Rəhman Hacıyev Darionu əvəzləyir.


85' Rauf Əliyev fərqlənir – 2:1.


87' Sərkərov Dabonu əvəzləyir.


90' Mirabdulla və Rəhman əlverişli imkanlardan istifadə edə bilmirlər.


90+4' Oyun bitdi.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


No To Racism