"Neftçi" uğurlu seriyanı 52 aydan sonra təkrarladı | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" uğurlu seriyanı 52 aydan sonra təkrarladı

Bu mövsüm Topaz Premyer Liqasının ilk iki turunda ardıcıl qələbə qazanan "Neftçi” ötən mövsümün sonunda başlayan uğurlu seriyasını 5-ə çatdırıb. Komandamız "Qəbələ”ni 2:1 hesabı ilə məğlub etməklə ardıcıl 5-ci qələbəsini qazanıb.


2017/18 mövsümünün sonlarında "Qarabağ”ı 1:0, "Səbail”i 3:1, "Kəpəz”i 2:1 hesabı ilə məğlub edən "Neftçi” ötən tur "Sumqayıt”ın qapısından iki cavabsız top keçirib. Bu oyunlarda 10 qol vurub, öz qapısından 3 qol buraxan "Neftçi” sonuncu dəfə belə qələbə seriyasına 2013/14 mövsümündə imza atmışdı. 2014-cü ilin mart-aprel aylarındakı 5 oyunluq qələbə seriyası 52 aydan sonra təkrarlanıb.


Qeyd edək ki, "Neftçi” sonuncu dəfə aprelin 23-də keçirilmiş "Keşlə” ilə matçda (1:2) xal itirib.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


No To Racism