"Neftçi" "Qarabağ"la heç-heçə etdi | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" "Qarabağ"la heç-heçə etdi

"Neftçi" "Qarabağ"la heç-heçə etdi

"Neftçi” PFK Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində "Qarabağ” klubu ilə qarşılaşıb. "Azərsun Arena”da keçirilən oyunda qalib müəyyənləşməyib – 1:1. Komandamız 28-ci dəqiqədə Kvame Karikarinin qolu ilə hesabda önə çıxsa da, rəqib fasilədən sonra hesabı bərabərləşdirib. 70-ci dəqiqədə İnosent Emeqara fərqlənib.


"Neftçi”: 1.Səlahət Ağayev, 5.Anton Krivotsyuk, 6.Qoran Paratski, 8.Emin Mahmudov (K), 9.Baqali Dabo, 10.Dario Frederiko (26.Ömər Buludov, 67), 11.Kvame Karikari (22.Mirabdulla Abbasov, 79), 18.Tural Axundov, 21.Məhəmməd Mirzəbəyov, 25.Kirilo Petrov (28.Slavko Braliç, 89), 93.Soni Mustivar.


Ehtiyat oyunçular: 94.Rəşad Əzizli, 12.Kamran İbrahimov, 4.Rəşad Eyubov, 7.Namik Ələskərov, 17.Rəhman Hacıyev, 37.Vüsal Əsgərov, 70.Əli Şirinov, 77.Elvin Sərkərov.


1’ Oyun başlandı.


1’ Karikarinin zərbəsindən sonra top qapıdan aralı keçdi.


13’ Ozobiçin zərbəsi qeyri-dəqiq alındı.


14’ Mirzəbəyovun təhlükəli zərbəsinin qarşısını rəqib futbolçu aldı.


15’ Krivotsyukun yaxın məsafədən zərbəsindən sonra rəqib qapıçı topu küncə çıxardı.


21’ Rəqibin təhlükəli hücumu zamanı Karikari topu boş qapıdan çıxardı.


28’ QOOOOOOOOLLL! Dario Frederikonun ötürməsindən sonra Kvame Karikari hesabı açdı – 0:1


30’ Emeqara Ağayevlə təkbətək çıxsa da, qapıçımız topu geri qaytardı.


41’ İsmayıl İbrahimlinin zərbəsindən sonra Səlahət Ağayev topu tutdu.


45+1’ İlk hissə başa çatdı.


46’ İkinci hissə başlandı.


47’ Rəqibin təhlükəli hücumu zamanı Kirilo Petrov topu boş qapıdan çıxardı.


51’ Emeqaranın yaxın məsafədən zərbəsindən sonra qapıçımız topu tutdu.


55’ Dabonun ötürməsindən sonra qapıçı ilə təkbətək qalan Karikari qol fürsətindən yararlana bilmədi.


56’ Əks hücum zamanı Paratskinin zərbəsini qapıçı tutdu.


57’ Karikari sol cinahla irəliləyib zərbə endirsə də, qapıçı yerindədir.


58’ Səlahət Ağayev komandamızı qoldan xilas etdi.


62’ Abbas Hüseynovun zərbəsindən sonra top qapıdan aralı keçdi.


66’ Rəqibin təhlükəli hücumu zamanı Kirilo Petrov komandamızı qoldan xilas edir.


67’ Ömər Buludov Dario Frederikonu əvəzləyir.


70’ "Qarabağ” hesabı bərabərləşdirdi. Emeqara fərqləndi – 1:1


79’ Mirabdulla Abbasov Kvame Karikarini əvəzləyir.


81’ Ozobiçin başla zərbəsindən sonra top qapının yanından keçdi.


86’ Ömər Buludovun yaxın məsafədən zərbəsindən sonra qapıçı topu tutdu.


89’ Slavko Braliç Kirilo Petrovu əvəzləyir.


90+4’ Oyun başa çatdı.

 

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism