"Red Bull"un dəstəyi ilə FANZONA | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Red Bull"un dəstəyi ilə FANZONA

Əziz azarkeşlər! Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində sentyabrın 16-da "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Keşlə” matçından öncə sizin üçün xüsusi fanzona yaradılacaq. "Red Bull”un dəstəyi ilə təşkil olunacaq fanzonada sizi müxtəlif əyləncələr gözləyir.


Zərbənizin dəqiqliyini "Real penalti”də yoxlaya, rənglərinizi göstərmək üçün "Face Art”dan istifadə edə biləcəksiz. Məhz sizin üçün "Masaüstü futbol” yarışı təşkil olunacaq. Bundan əlavə, Bakıda artıq kifayət qədər tanınan "Panna” yarışı sizi gözləyəcək. Fanzonada "Red Bull”un DJ-i öz performansını göstərəcək. Eyni zamanda, azarkeşlərimiz fanşopumuzdan istifadə edə biləcəklər.


Fanzonanın bütün təkliflərindən yararlanmaq üçün 21:00-da start götürəcək oyuna iki saat qalmış stadionda olmağınızı xahiş edirik.
Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism