"Neftçi" PFK daha bir tərəfdaşlıq müqaviləsi imzalayıb | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" PFK daha bir tərəfdaşlıq müqaviləsi imzalayıb

"Neftçi” PFK-nın tərəfdaşları arasına daha bir şirkət daxil olub. Bu, "Mineral Sular” MMC-dir. Tərəflər arasında bağlanmış 1 illik müqaviləyə əsasən, "Mineral Sular” MMC bu müddət ərzində "Neftçi” PFK-nın bütün su təminatını öz üzərinə götürüb. Razılaşmanın şərtlərinə görə "Neftçi” və "Neftçi-2” komandalarının oyun formalarının qoluna şirkətin "Vita1000 Mineral Sular” brendinin loqosu vurulmaqla yanaşı, qarşı tərəfə digər reklam xidmətləri də göstəriləcək.


Qeyd edək ki, hər bir əməkdaşlığa çox önəm verən "Neftçi” PFK-nın əsas tərəfdaşları SOCAR və Türk Hava Yolları şirkətidir. Yeni sponsorlar axtarışını davam etdirən klub, yaxın zamanda daha bir şirkətlə tərəfdaşlıq müqaviləsi imzalayacaq.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism