Kvame Karikari: "Rəmzi komandaya düşmək mənim üçün sürpriz olmadı" | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Kvame Karikari:

Kvame Karikari: "Rəmzi komandaya düşmək mənim üçün sürpriz olmadı"

"Neftçi” PFK-nın hücumçusu Kvame Karikari klubun rəsmi saytına müsahibə verib. "Keşlə” ilə oyun haqda danışan qanalı futbolçu "İnStat” şirkətinin təhlilinə əsasən ikinci dəfə rəmzi komandaya düşməsi ilə bağlı sualı da cavablandırıb.


- "Zirə” ilə oyuna hansı əhval-ruhiyyə ilə hazırlaşırsız?

- Əhval-ruhiyyəm yaxşıdır. Hazırlıq öz axarı ilə gedir. Oyuna çıxıb öz gücümüzü göstərməliyik.


- Rəqibi təhlil edə bilmisizmi?

- Bəli, rəqibin oyunlarını izləmişik. Turnir cədvəlindəki mövqeyinə baxmayaraq, kifayət qədər güclü komandadır. Ümumiyyətlə, aşağı pillələrdə qərarlaşan komandalara qarşı oynamaq həmişə çətindir. Onlar turnir cədvəlindəki vəziyyətini yaxşılaşdırmaq üçün var gücü ilə çalışırlar.


- Sabahkı oyundan nə gözləyirsiz?

- Dediyim kimi, gücümüzü göstərib liderliyimizi davam etdirməliyik. Komandamızın hazırkı vəziyyəti, zirvədə qərarlaşmağı bizi sevindirir, amma rahatlaşmaq olmaz.


- 4 oyunda cəmi 1 qol vurmusuz. "Keşlə” ilə matçda bir neçə qol epizodunu boşa verdiz...

- Deməzdim ki, qol epizodlarının sayı çox idi. Bir epizodda məni müdafiəçi çaşdırdı deyə, topu itirdim. Digərində isə zərbə endirməyimə imkan vermədilər. Fikrimcə, həmin epizodda penalti var idi, amma hakimin rəyi fərqli oldu.


- Bununla belə, ən yaxşı formanızdan uzaqsız...

- Son matçda göstərdiyim oyun mənim də xoşuma gəlmədi. Söhbət təkcə epizodların dəyərləndirilməməsindən getmir. Axı işimiz yalnız qol vurmaqdan ibarət deyil. Lazım olanda topu saxlamaq, komanda yoldaşları üçün epizod yaratmaq tələb olunur. Bir neçə dəfə top itirdim, düz qərar verə bilmədim.


- Bəlkə komandaya tam uyğunlaşa bilməmisiz?

- Deməzdim. Komanda yoldaşlarımla bir-birimizi yaxşı tanıyırıq. Buna baxmayaraq, 4 oyun da azdır. Bir az vaxta ehtiyac var.


- "İnStat” şirkətinin təhlilinə əsasən 4-cü turun rəmzi komandasına "Neftçi”nin 7 futbolçusu daxil edilib ki, onlardan biri də sizsiniz. Rəmzi komandaya düşmək sizin üçün sürpriz olmadı?

- Xeyr, sürpriz olmadı. Bildiyimə görə bu seçim statistikaya əsaslanır. Mən isə "Keşlə” ilə oyunda çox çalışdım. Ən vacibi komandanın uğurudur ki, buna da nail olduq.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism