"Neftçi" "Zirə"ni məğlub etdi | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" "Zirə"ni məğlub etdi

"Neftçi" "Zirə"ni məğlub etdi

"Neftçi” PFK bu mövsüm Topaz Premyer Liqasında dördüncü qələbəsini qazanıb. Komandamız 5-ci turda "Zirə” klubunu 2:1 hesabı ilə məğlub edib. "Dalğa Arena”da baş tutan görüşdə "Neftçi”nin qollarını Mirabdulla Abbasov (6-cı dəqiqə) və Qoran Paratski (52-ci dəqiqə) vurublar. "Zirə”nin heyətində isə Dilan Dvunetru (33-cü dəqiqə) fərqlənib.


"Neftçi”: 1.Səlahət Ağayev, 5.Anton Krivotsyuk, 6.Qoran Paratski (4.Rəşad Eyubov, 70), 7.Namik Ələskərov (10.Dario Frederiko, 56), 9.Baqali Dabo, 17.Rəhman Hacıyev (8.Emin Mahmudov, 56), 18.Tural Axundov, 21.Məhəmməd Mirzəbəyov, 22.Mirabdulla Abbasov, 25.Kirilo Petrov (K), 93.Soni Mustivar.


Ehtiyat oyunçular: 94.Rəşad Əzizli, 12.Kamran İbrahimov, 11.Kvame Karikari, 26.Ömər Buludov, 28.Slavko Braliç, 33.Ricat Qarayev, 37.Vüsal Əsgərov, 70.Əli Şirinov, 77.Elvin Sərkərov.


22 sentyabr 2018. "Dalğa Arena”. 600 tamaşaçı.


Qollar: Mirabdulla Abbasov, 6 (0:1). Dilan Dvunetru, 33 (1:1). Qoran Paratski, 52 (1:2).


1’ Oyun başlandı.


6’ QOOOOOLLL! "Neftçi” hesabı açdı. Namik Ələskərovun ötürməsindən sonra Mirabdulla Abbasov fərqləndi – 0:1


33’ "Zirə” hesabı bərabərləşdirdi. Qolun müəllifi Dilan Dvunetrudur – 1:1.


45+1’ Hər iki komandanın baş məşqçisi bir-biri ilə mübahisə etdiyi üçün texniki zonadan uzaqlaşdırıldı.


45+3’ İlk hissə bitdi.


46’ İkinci hissə başlandı.


52’ QOOOOOLLL! Qoran Paratski gözəl zərbə ilə komandamızı hesabda önə çıxardı – 1:2


56’ Emin Mahmudov Rəhman Hacıyevi, Dario Frederiko isə Namik Ələskərovu əvəzləyir.


70’ Qoran Paratski zədələnərək meydanı tərk edir. Onu Rəşad Eyubov əvəzləyir.


90+5 Oyun başa çatdı.

 

 

 

 

 

 

 

 

 

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism