Tural Axundov: "Rəqibdən daha istəkli idik" | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Tural Axundov:

Tural Axundov: "Rəqibdən daha istəkli idik"

"Neftçi”nin müdafiəçisi Tural Axundov "Zirə” ilə oyundan sonra klubun rəsmi saytına açıqlama verib. O, qalib gələcəyimizə inandığını deyib:


"Oyunun bu tempdə keçəcəyini gözləyirdik. Çünki "Zirə”nin baş məşqçisi Samir Abasovun necə məşq keçdiyini bilirəm. Rəqibin istəkli olduğu görünürdü. Bununla belə, biz onlardan daha istəkli idik. Düzdür, hesabı açandan sonra sanki bizdə arxayınlaşma oldu. Amma rəqib hesabı bərabərləşdirəndən sonra özümüzə gəlib qol vurduq. Qalib gələcəyimizə inanırdıq və bunu bacardıq. Artıq gələn oyuna köklənməliyik”.
Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism