
Soni Mustivar: "Layiqli qələbə qazandıq"
"Neftçi”nin yarımmüdafiəçisi Soni Mustivar "Zirə” üzərində qələbəni klubun rəsmi saytı ilə bölüşüb. Haitili futbolçu komandamızın qələbəyə layiq olduğunu bildirib:
"Zirə”nin güclü rəqib olduğunu yaxşı bilirdik. Anlayırdıq ki, çətin bir matça hazırlaşırıq. Ağır oyun olsa da, şadam ki, növbəti dəfə vacib olan 3 xalı əldə etdik. Bu gün biz xarakter göstərdik və layiqli qələbə qazandıq”.