"Neftçi"nin baş məşqçisi cəzalandırıldı | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi"nin baş məşqçisi cəzalandırıldı

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. İclasda qəbul olunan qərara görə, Topaz Premyer Liqasında 5-cı turun "Zirə” – "Neftçi” oyununun 45-ci dəqiqəsində bir-biriləri ilə sərt mübahisə etdikləri üçün texniki zonadan kənarlaşdırılan hər iki komandanın baş məşqçiləri – Roberto Bordin və Samir Abasov 1 oyunluq cəzalandırılıblar. Bundan əlavə, hər iki klub 800 manat cərimə olunub.


Xatırladaq ki, "Neftçi” növbəti oyununu "Səbail”ə qarşı keçirəcək. Sentyabrın 29-da "Bakcell Arena”da baş tutacaq görüş saat 18:55-də start götürəcək.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism