"Səbail"lə oyuna hazırlıq davam edir | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Səbail"lə oyuna hazırlıq davam edir

"Neftçi” Topaz Premyer Liqasının 6-cı turunda qarşılaşacağı "Səbail”lə oyunun hazırlığını davam etdirir. Komandamız bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. Məşqdə zədəli Ruslan Abışov iştirak etməyib. Qoran Paratski və Kirilo Petrov isə fərdi məşğul olub. Hazırlıq sabah da bir məşqlə davam edəcək.


Xatırladaq ki, sentyabrın 29-da "Bakcell Arena”da baş tutacaq "Neftçi” – "Səbail” oyunu saat 18:55-də start götürəcək.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism