"Neftçi" ilk dövrəni zirvədə başa vurdu | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" ilk dövrəni zirvədə başa vurdu

"Neftçi” PFK bu mövsüm Topaz Premyer Liqasında altıncı qələbəsini qazanıb. Komandamız 7-cı turda "Sabah”ı 2:0 hesabı ilə məğlub edib. "Bakcell Arena”da baş tutan görüşdə qollara Emin Mahmudov (9-cu dəqiqə) və Qoran Paratski (62-ci dəqiqə) imza atıblar. Bu qələbədən sonra xallarının sayını 19-a çatdıran "Neftçi” ilk dövrəni zirvədə başa vurub.


"Neftçi”: 1.Səlahət Ağayev, 6.Qoran Paratski, 8.Emin Mahmudov (K) (4.Rəşad Eyubov, 90+2), 9.Baqali Dabo, 10.Dario Frederiko (18.Tural Axundov, 82), 21.Məhəmməd Mirzəbəyov, 22.Mirabdulla Abbasov (77.Elvin Sərkərov, 78), 25.Kirilo Petrov, 26.Ömər Buludov, 28.Slavko Braliç, 93.Soni Mustivar.


Ehtiyat oyunçular: 94.Rəşad Əzizli, 12.Kamran İbrahimov, 7.Namik Ələskərov, 17.Rəhman Hacıyev, 33.Ricat Qarayev, 37.Vüsal Əsgərov, 70.Əli Şirinov.


1' Matç başladı.
8' QOOOOOOOL! EMİN MAHMUDOV! 1:0!
17' Mirabdullanın zərbəsi alınmır.
33' Üstünlük bizdədir.
36' Dabo əlverişli imkandan istifadə edə bilmədi.
45+3' İlk hissə bitdi.
46' İkinci hissə başladı.
53' Emin dublu rəsmiləşdirə bilərdi, amma onun zərbəsi qapının yanından keçdi.
63' QOOOOOOOL! QORAN PARATSKİ! 2:0!
74' Dabonun zərbəsi alınmadı.
76' Braliç qırmızı vərəqə alır.
77' Elvin Sərkərov Mirabdulla Abbasovu əvəzləyir.
82' Tural Axundov Dario Frederikonu əvəzləyir.
84' Səlahət! Deviçin zərbəsindən sonra komandamızı qoldan xilas edir. Zərbənin müəllifi belə onu bu seyvə görə təbrik etdi.

90+4' Oyun başa çatdı.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism