"Qəbələ" ilə oyuna hazırlıq başlandı | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Qəbələ" ilə oyuna hazırlıq başlandı

"Neftçi” məşqləri bərpa edib. Topaz Premyer Liqasının 7-ci turunda "Sabah” üzərində qələbədən (2:0) sonra üç günlük fasiləyə buraxılan komandamız bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. Məşqdə Ruslan Abışov, həmçinin Azərbaycan və Haiti milli, U-21 yığma komandalarının düşərgəsində olan futbolçular iştirak etməyiblər. Hazırlıq sabah bir məşqlə davam edəcək.


Xatırladaq ki, "Neftçi” Topaz Premyer Liqasında növbəti oyununu oktyabrın 20-də keçirəcək. Komandamız həmin gün 8-ci tur çərçivəsində "Qəbələ”nin qonağı olacaq.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism