"Neftçi" "Qaradağ Lökbatan" – "Sumqayıt" cütünün qalibi ilə qarşılaşacaq | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" "Qaradağ Lökbatan" – "Sumqayıt" cütünün qalibi ilə qarşılaşacaq

"Neftçi" "Qaradağ Lökbatan" – "Sumqayıt" cütünün qalibi ilə qarşılaşacaq

Bu gün Azərbaycan Kubokunda 2018/2019-cu illər mövsümünün püşkatma mərasimi keçirilib. AFFA-nın inzibati binasında təşkil olunmuş püşkün nəticələrinə görə yarışa 1/4 finaldan başlayacaq "Neftçi”nin rəqibi "Qaradağ Lökbatan” – "Sumqayıt” cütünün qalibi olacaq. Komandamız bu mərhələdəki ilk oyununu dekabrın 15-də və ya 16-da evdə, cavab matçını isə ayın 19-da və ya 20-də səfərdə keçirəcək.


"Neftçi” yarımfinala yüksələcəyi halda, gələn il aprelin 23-də və mayın 1-də olacaq oyunlarda "Kəpəz”/"Səbail” – "Zirə” cütünün qalibi ilə üz-üzə gələcək.


Qeyd edək ki, final matçı mayın 19-da baş tutacaq.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism