"Neftçi" "Səbail"i məğlub etdi | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" "Səbail"i məğlub etdi

 

"Neftçi” PFK bu mövsüm Topaz Premyer Liqasında doqquzuncu qələbəsini qazanıb. Komandamız 12-ci turda "Səbail” klubunu 2:0 hesabı ilə məğlub edib. "Bayıl Arena”da baş tutan görüşdə qollara Baqali Dabo (41-ci dəqiqə) və Emin Mahmudov (53-cü dəqiqə - pen.) imza atıb.


Bu qələbədən sonra xallarının sayını 29-a çatdıran "Neftçi” ən yaxın izləyicisini 5 xal geridə qoyaraq zirvədəki yerini daha da möhkəmlədib. Baqali Dabo isə 7 qolla bombardirlər yarışında ilk pilləyə yüksəlib.


"Neftçi”: 1.Səlahət Ağayev, 5.Anton Krivotsyuk, 8.Emin Mahmudov (K), 9.Baqali Dabo, 10.Dario Frederiko (7.Namik Ələskərov, 81), 17.Rəhman Hacıyev (4.Rəşad Eyubov, 85), 18.Tural Axundov, 22.Mirabdulla Abbasov, 26.Ömər Buludov, 28.Slavko Braliç, 93.Soni Mustivar.


Ehtiyat oyunçular: 12.Kamran İbrahimov, 73.Nail Alışov, 11.Kvame Karikari, 33.Ricat Qarayev, 37.Vüsal Əsgərov, 70.Əli Şirinov, 77.Elvin Sərkərov.


1’ Oyun başlandı.


40’ QOOOOOLLL! "Neftçi” hesabı açdı. Emin Mahmudovun ötürməsindən sonra Baqali Dabo başla fərqləndi – 0:1


45’ İlk hissə bitdi.


46’ İkinci hissə başlandı.


52’ QOOOOOLLL! Emin Mahmudov penalti zərbəsindən sonra ikinci topu "Səbail”in qapısından keçirdi – 0:2


81’ Namik Ələskərov Dario Frederikonu əvəzləyir.


85’ Rəhman Hacıyevin əvəzinə meydana Rəşad Eyubov daxil olur.


90+3’ Oyun başa çatdı.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism