"Neftçi" "Sabah"ı məğlub edib, qış çempionluğunu rəsmiləşdirdi | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" "Sabah"ı məğlub edib, qış çempionluğunu rəsmiləşdirdi

"Neftçi" "Sabah"ı məğlub edib, qış çempionluğunu rəsmiləşdirdi

"Neftçi” PFK bu mövsüm Topaz Premyer Liqasında onuncu qələbəsini qazanıb. Komandamız 13-cü turda "Sabah” klubunu 2:1 hesabı ilə məğlub edib. "Əlincə Arena”da baş tutan görüşdə "Neftçi”nin qollarını Anton Krivotsyuk (21-ci dəqiqə) və Mirabdulla Abbasov (39-cu dəqiqə) vurublar. Rəqib 76-cı dəqiqədə Marko Deviçin penalti zərbəsi ilə hesab arasındakı fərqi azaldıb.


Qırmızı vərəqələrin sayına görə də "Neftçi” 2, "Sabah” 1 dəfə fərqlənib. Komandamızdan Tural Axundov (33-cü dəqiqə) və Baqali Dabo (83-cü dəqiqə), rəqibdən isə Vanderson Silva (70-ci dəqiqə) meydandan kənarlaşdırılıb.


Bu qələbədən sonra xallarının sayını 32-yə çatdıran "Neftçi”nin qış fasiləsinə turnir cədvəlinin ilk pilləsində yollanacağı rəsmiləşib. Komandamız ən yaxın izləyicisi və ehtiyatda bir oyunu olan "Qarabağ”ı 8 xal geridə qoyur.


"Neftçi”: 1.Səlahət Ağayev, 5.Anton Krivotsyuk, 8.Emin Mahmudov (K), 9.Baqali Dabo, 10.Dario Frederiko (7.Namik Ələskərov, 73), 17.Rəhman Hacıyev (77.Elvin Sərkərov, 90), 18.Tural Axundov, 22.Mirabdulla Abbasov (6.Qoran Paratski, 58), 26.Ömər Buludov, 28.Slavko Braliç, 93.Soni Mustivar.


Ehtiyat oyunçular: 94.Rəşad Əzizli, 12.Kamran İbrahimov, 4.Rəşad Eyubov, 11.Kvame Karikari, 33.Ricat Qarayev, 37.Vüsal Əsgərov, 70.Əli Şirinov, 95.Rəhman Daşdəmirov.


1’ Oyun başlandı.


21’ QOOOOOLLL! "Neftçi” hesabı açdı. Rəhman Hacıyevin künc zərbəsindən ötürdüyü topu Anton Krivotsyuk başla qapıdan keçirdi – 0:1


33’ Tural Axundov ikinci sarı vərəqəyə görə "qırmızı” ilə cəzalandırılaraq, meydandan kənarlaşdırıldı. Komandamız oyunu azlıqda davam etdirir.


39’ QOOOOOLLL! Mirabdulla Abbasov cərimə zərbəsi ilə ikinci topu "Sabah”ın qapısından keçirdi – 0:2


45+3’ İlk hissə bitdi.


46’ İkinci hissə başlandı.


58’ Qoran Paratski Mirabdulla Abbasovu əvəzləyir.


70’ Rəqib futbolçu Vanderson Silva ikinci sarı vərəqəyə görə meydandan kənarlaşdırıldı. Hər iki komanda oyunu 10 futbolçu ilə davam etdirir.


73’ Dario Frederikonun əvəzinə meydana Namik Ələskərov daxil olur.


76’ Rəqib komanda penalti zərbəsindən sonra hesab arasındakı fərqi azaltdı. Marko Deviç fərqləndi – 1:2


83’ Daha bir futbolçumuza qırmızı vərəqə göstərildi. Baqali Dabo ikinci "sarı”ya görə meydandan kənarlaşdırıldı. Komandamız oyunu 9 futbolçu ilə davam etdirir.


90’ Elvin Sərkərov Rəhman Hacıyevi əvəzləyir


90+6’ Oyun başa çatdı.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism