"Neftçi" "Qarabağ"a 10 nəfərlə qalib gəldi | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" "Qarabağ"a 10 nəfərlə qalib gəldi

"Neftçi" "Qarabağ"a 10 nəfərlə qalib gəldi

"Neftçi” PFK-nın U-19 komandası Gənclər Liqasında növbəti oyununu keçirib. 19 yaşlılarımız 11-ci turda "Qarabağ” klubu ilə qarşılaşıb. Binə qəsəbə stadionunda baş tutmuş görüşdə "Neftçi” 1:0 hesabı ilə qalib gəlib. Qələbə qoluna İnqilab Ələkbərov imza atıb. Asim Əlizadə 75-ci dəqiqədə qırmızı vərəqə ilə cəzalandırıldığından, komandamız son 15 dəqiqəni azlıqda mübarizə aparıb.


Qeyd edək ki, U-19 komandamız 10 oyunda 14 xal toplayıb.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism