Anton Krivotsyuk: "Heç vaxt bu qədər çox qol vurmamışdım" | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Anton Krivotsyuk:

Anton Krivotsyuk: "Heç vaxt bu qədər çox qol vurmamışdım"

Müdafiəçi Anton Krivotsyuk klubun rəsmi saytına müsahibə verib. "Sumqayıt”la oyuna hazırlıqla bağlı danışan gənc futbolçuYeni ili ailəsi ilə birlikdə keçirmək istədiyini bildirib.


- "Sumqayıt”la oyuna hazırlıq necə keçir?

- Digər oyunlara olduğu kimi, "Sumqayıt”la matça da hazırlıq tam sürətlə davam edir.


- Artıq qış çempionusuz...

- Bəli. Amma qış çempionu olmaq daha çox o baxımdan əhəmiyyətlidir ki, mənə və komanda yoldaşlarıma təzyiq azalır.


- Bu mövsüm artıq iki dəfə rəqib qapılarından top keçirmisiz...

- Bəli. Heç vaxt bu qədər çox qol vurmamışdım... (gülür)


- Hiss edirsiz ki, oyununuzu daha da yaxşılaşdırmısız?

- Hələ ki, hiss etmirəm. Deməli, az çalışmışam. Daha da çox işləmək lazımdır.


- Növbəti rəqib "Sumqayıt” haqda nə deyə bilərsiz?

- Bu komanda hələ nəyə qadir olduğunu göstərməyib. "Sumqayıt” oyundan-oyuna daha da inamlı çıxış edir.


- Yeni ili harada keçirmək istəyirsiz?

- "Sumqayıt”la oyunu başa vuraq, sonra bu haqda düşünmək olar. Yeni il ərəfəsində həmişə bayram əhval-ruhiyyəsində oluram. Bayramı harada qeyd edəcəyimi hələ bilmirəm. Amma bir şey dəqiqdir ki, Yeni ili ailəmlə birlikdə keçirmək istəyirəm.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism