Litva çempionu "Neftçi"də | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Litva çempionu

Litva çempionu "Neftçi"də

"Neftçi” PFK qısa zaman kəsiyində daha bir transferi həyata keçirib. Seneqallı futbolçu Mamadu Mbodj ilə 2,5 illik müqavilə bağlanıb. 25 yaşlı mərkəz müdafiəçisi komandamızın heyətində 3 nömrəli formanı geyinəcək.


Sonuncu klubu "Jalgiris” (Litva, 2016-2018) olan Mbodj "Dakar Sakre Kour” (Seneqal, 2011-2014), "Srvena Zvezda” (Serbiya, 2014-2016), "Napredak” (Serbiya, 2014) komandalarında da çıxış edib. "Jalgiris”lə Litva çempionatının (2016), kubokunun (2015/2016, 2016) və Superkubokunun (2016, 2017) qalibi olan futbolçu Seneqalın U-20 və U-23 milli komandalarının da şərəfini qoruyub.


Qeyd edək ki, bir neçə gün əvvəl qvineyalı mərkəz yarımmüdafiəçisi Mamadu Kane ilə 3 illik müqavilə bağlanmışdı.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


MeqaSigorta