Roberto Bordin: "Bu gün bizim günümüz deyildi" | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Roberto Bordin:

Roberto Bordin: "Bu gün bizim günümüz deyildi"

"Neftçi” PFK-nın baş məşqçisi Roberto Bordin Topaz Premyer Liqasında 14-cü turun "Sumqayıt” klubu ilə matçsonrası mətbuat konfransında fikirlərini açıqlayıb. Oyundan razı qalmadığını deyən italiyalı mütəxəssis xal itkisinə görə təəssüfləndiyini bildirib: "Çox da yaxşı oynamadıq. Psixoloji baxımdan bu matçı düzgün keçirə bilmədik. Bu dəfə ənənəvi hücumlar qurmağı bacarmadıq. Böyük risklər etmədik. Yalnız sona yaxın riskə gedib, qol vurmağa çalışdıq. Boş zonalar tapmağa çətinlik çəkirdik, tapanda isə fürsətdən istifadə edə bilmirdik”.


Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: "Baqali Dabonun mövqeyində Namik Ələskərov oynadı, pis çıxış etmədi. Sadəcə, bu gün bizim günümüz deyildi. Hələ ki 1-ci yerdəyik. Əlbəttə, qalib gəlmək istəyirdik, amma təəssüf ki, alınmadı”.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism