Soni Mustivar: "Bir xal qazanmadıq, iki xal itirdik" | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Soni Mustivar:

Soni Mustivar: "Bir xal qazanmadıq, iki xal itirdik"

Yarımmüdafiəçi Soni Mustivar "Sumqayıt”la oyunu şərh edib. Heç-heçəyə görə təəssüf hissi keçirən haitili futbolçu gələn il itirilmiş xalları sığortalamağa çalışacaqlarını bildirib:


"Sumqayıt”a qarşı oynamaq asan deyildi. İlk hissədə rəqib komanda qapımız qarşısında bir neçə təhlükəli vəziyyət yaratdı. Fasilədən sonra isə biz daha yaxşı oynadıq. Hesabı açmaq üçün şanslarımız oldu, amma bunlardan yararlana bilmədik. Sözsüz, bir xal qazanmadıq, iki xal itirdik. Buna çox təəssüflənirəm. Gələn il keçiriləcək oyunlarda itirilmiş xalları sığortalamağa çalışacağıq”.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism