Milli komandamızın üzvü "Neftçi"də | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Milli komandamızın üzvü

Milli komandamızın üzvü "Neftçi"də

"Neftçi” PFK transfer çalışmalarını davam etdirir. Gənc futbolçu Turan Vəlizadə ilə 3 illik müqavilə bağlanıb. 18 yaşlı mərkəz yarımmüdafiəçisi komandamızın heyətində 33 nömrəli formanı geyinəcək.


"Əlincə”nin yetirməsi olan Turan Vəlizadə "Qarabağ”ın və Türkiyənin "Fənərbaxça” klubunun aşağı yaş qrupunda, eləcə də 16 və 17 yaşadək milli komandalarımızda çıxış edib. O, U-19 yığmamızın üzvüdür.


Qeyd edək ki, bunadək qvineyalı mərkəz yarımmüdafiəçisi Mamadu Kane ilə 3, seneqallı mərkəz müdafiəçisi Mamadu Mbodj ilə isə 2,5 illik müqavilə bağlanmışdı.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


MeqaSigorta