Aqil Məmmədov "Neftçi"də | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Aqil Məmmədov

Aqil Məmmədov "Neftçi"də

"Neftçi” PFK daha bir transferi rəsmiləşdirib. Təcrübəli qapıçı Aqil Məmmədovla 1,5 illik müqavilə bağlanıb. 29 yaşlı qolkiper komandamızın heyətində 30 nömrəli formanı geyinəcək.


Bunadək "Bakı”, AZAL, "Qəbələ” klublarında çıxış etmiş Aqil Məmmədov 2015-2016-cı illərdə "Neftçi”nin qapısını qoruyub. O, Azərbaycan milli və 21 yaşadək futbolçulardan ibarət yığma komandasının üzvü olub.


Qeyd edək ki, bundan əvvəl mərkəz yarımmüdafiəçiləri – qvineyalı Mamadu Kane və həmyerlimiz Turan Vəlizadə ilə 3, seneqallı mərkəz müdafiəçisi Mamadu Mbodj ilə 2,5 illik müqavilə bağlanmışdı.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism