"Neftçi" hazırlığı iki məşqlə davam etdirir | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" hazırlığı iki məşqlə davam etdirir

"Neftçi” qış təlim-məşq toplanışının ilk mərhələsində hazırlığı davam etdirir. Komandamız dünən olduğu kimi, bu gün də iki məşqə çıxıb. "Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan məşqdə fiziki və toplu çalışmalara üstünlük verilib. Hazırlıq sabah da iki məşqlə davam edəcək.


Xatırladaq ki, "Neftçi” Bakıdakı təlim-məşq toplanışı başa vuraraq yanvarın 13-də Türkiyəyə yola düşəcək. Ayın 27-dək Antalya şəhərindəki Manavqat bölgəsində yerləşən "The Sense De Luxe” otelində məskunlaşacaq komandamız hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirəcək. "Ağ-qaralar” ayın 18-də "Qaz Metan” (Rumıniya), 23-də "Slovan” (Liberes, Çexiya), 26-da isə "Beroe” (Bolqarıstan) klubları ilə qarşılaşacaq.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism