KİV nümayəndələri üçün brifinq və açıq məşq olacaq | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

KİV nümayəndələri üçün brifinq və açıq məşq olacaq

KİV nümayəndələri üçün brifinq və açıq məşq olacaq

"Neftçi” qış təlim-məşq toplanışının ilk mərhələsində hazırlığı davam etdirir. Komandamız dünən və bu gün olduğu kimi, sabah da iki məşqə çıxacaq. Saat 15:30-dan etibarən "Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutacaq axşam məşqinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olacaq. Hazırlıq prosesi başlamazdan 15 dəqiqə əvvəl – saat 15:15-də isə həmin məkanda baş məşqçi Roberto Bordin, futbolçular – Ruslan Abışov və Emin Mahmudovun iştirakı ilə brifinq keçiriləcək.


Xatırladaq ki, "Neftçi” Bakıdakı təlim-məşq toplanışı başa vuraraq yanvarın 13-də Türkiyəyə yola düşəcək. Ayın 27-dək Antalya şəhərindəki Manavqat bölgəsində yerləşən "The Sense De Luxe” otelində məskunlaşacaq komandamız hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirəcək. "Ağ-qaralar” ayın 18-də "Qaz Metan” (Rumıniya), 23-də "Slovan” (Liberes, Çexiya), 26-da isə "Beroe” (Bolqarıstan) klubları ilə qarşılaşacaq.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000