Roberto Bordin: "Komandaya fərq yarada biləcək futbolçular gətirmək istəyirik" | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Roberto Bordin: "Komandaya fərq yarada biləcək futbolçular gətirmək istəyirik"

Roberto Bordin: "Komandaya fərq yarada biləcək futbolçular gətirmək istəyirik"

Bu gün "Neftçi” PFK-nın baş məşqçisi Roberto Bordin və kapitan Ruslan Abışovun iştirakı ilə brifinq keçirilib. Komandamızın üzvləri brifinqdə jurnalistlərin suallarını cavablandırıblar.


Roberto Bordin: "Bərpa prosesinə başlamışıq. Artıq toplu və fiziki çalışmalara start verəcəyik. Məqsədlərimiz uğrunda mübarizə aparırıq. Kvame Karikari də bu yolda çalışan futbolçulardandır, amma indi onun və Slavko Braliçin təklifləri var. Hər ikisinin qərarını gözləyirik. Yarımmüdafiə və hücum xəttinə oyunçu axtarırıq. "Neftçi”yə gələn futbolçu komandamızın hansı məqsədlər uğrunda mübarizə apardığını anlamalıdır. Çalışacağıq ki, lazım olan transferləri edək. Daha da irəli getmək üçün komandaya fərq yarada biləcək futbolçular gətirmək istəyirik. Əvəzedici heyətdən bir neçə gənc futbolçunu cəlb etmişik. Düşünürəm ki, üç yoxlama oyunu bizə problem yaratmayacaq”.


Ruslan Abışov: "Hazırlığa yeni başlamışıq. Düzdür, istirahətdən yenicə qayıtdığımız üçün məşqlərimiz ağır keçir. Amma bundan sonrakı məşqlərimiz daha rahat olacaq. Antalya toplanışında tam gücümlə iştirak edə biləcəm. Həkimlər və məşqçilər məsləhət bilsələr, yoxlama oyunlarının bəzilərində meydana çıxacam. Yəqin ki, mövsümün ikinci hissəsindəki rəsmi matçlarda oynamağım tam mümkün olacaq. Hazırda komandamız birinci yerdə gedir, hər şey yaxşıdır. Amma oyunlarımızı kənardan izləmək çox çətin idi. Mən də bu komandanın üzvüyəm, çox istəyirdim ki, meydanda olum. İnanıram ki, formamı bərpa edib, əsas heyətdə yer alacam. Artıq bütün fikrimizi çempionata yönəldəcəyik. Çətin olacağını bilirik, amma çempion olmaq üçün sonadək mübarizə aparacağıq”.


Brifinqdən sonra komandamızın ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olan məşqi baş tutub.



Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism