"Neftçi" sabah ikitərəfli oyun keçirəcək | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" sabah ikitərəfli oyun keçirəcək

"Neftçi” qış təlim-məşq toplanışının ilk mərhələsində hazırlığı davam etdirir. Komandamız bu gün də iki məşqə çıxıb. "Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan axşam məşqinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub. Hazırlıq sabah ikitərəfli oyunla davam edəcək. Saat 11:00-da başlanacaq görüş "Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçiriləcək.


Xatırladaq ki, "Neftçi” bununla da Bakıdakı təlim-məşq toplanışı başa vuraraq yanvarın 13-də Türkiyəyə yola düşəcək. Ayın 27-dək Antalya şəhərindəki Manavqat bölgəsində yerləşən "The Sense De Luxe” otelində məskunlaşacaq komandamız hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirəcək. "Ağ-qaralar” ayın 18-də "Qaz Metan” (Rumıniya), 23-də "Slovan” (Liberes, Çexiya), 26-da isə "Beroe” (Bolqarıstan) klubları ilə qarşılaşacaq.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism