"Neftçi" ilk yoxlama oyununda böyükhesablı qələbə qazandı | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" ilk yoxlama oyununda böyükhesablı qələbə qazandı

"Neftçi" ilk yoxlama oyununda böyükhesablı qələbə qazandı

Antalyada təlim-məşq toplanışında olan "Neftçi” PFK hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib. Komandamız "Arslan Zeki Demirci” İdman Kompleksinin meydanında Rumıniyanın "Qaz Metan” klubuna 3:0 hesabı ilə qalib gəlib. Hesabı 11-ci dəqiqədə Rəhman Hacıyev açıb. Fasilədən sonra Əli Şirinov dubla imza atıb. 20 yaşlı futbolçu 70-ci və 84-cü dəqiqələrdə fərqlənib.


"Neftçi”: 1.Səlahət Ağayev (30. Aqil Məmmədov, 46), 5.Anton Krivotsyuk (21.Məhəmməd Mirzəbəyov, 35), 7.Namik Ələskərov (70.Əli Şirinov, 65), 10.Dario Frederiko (20.Elnur Süleymanov, 79), 17.Rəhman Hacıyev (6.Qoran Paratski, 42), 18.Tural Axundov (26.Ömər Buludov, 46), 19.Jesse Sekidika (32.Mirkamil Əliyev, 68), 22.Mirabdulla Abbasov (9.Baqali Dabo, 46), 25.Kirilo Petrov (K) (95.Rəhman Daşdəmirov, 83), 36.Mamadu Kane, 77.Elvin Sərkərov (3.Mamadu Mbodj, 46).


1’ Oyun başlandı.


11’ QOOOLLL! "Neftçi” hesabı açdı. Tural Axundovun ötürməsindən sonra Rəhman Hacıyev başla fərqləndi – 1:0


35’ Məhəmməd Mirzəbəyov Anton Krivotsyuku əvəzləyir.


42’ Rəhman Hacıyevin əvəzinə meydana Qoran Paratski daxil olur.


45’ "Neftçi” – "Qaz Metan” oyununda ilk hissə başa çatdı – 1:0


46’ İkinci hissə başlandı. Səlahət Ağayevi Aqil Məmmədov, Mirabdulla Abbasovu Baqali Dabo, Elvin Sərkərovu Mamadu Mbodj, Tural Axundovu isə Ömər Buludov əvəzləyib.


65’ Namik Ələskərovun əvəzinə meydana Əli Şirinov daxil olur.


68’ Mirkamil Əliyev Jesse Sekidikanı əvəzləyir.


70’ QOOOLLL! Baqali Dabonun ötürməsindən sonra Əli Şirinov fərqləndi – 2:0


79’ Dario Frederikonun əvəzinə meydana Elnur Süleymanov daxil olur.


83’ Rəhman Daşdəmirov Kirilo Petrovu əvəzləyir.


84QOOOLLL! Əli Şirinov dəqiq zərbə ilə hesabı 3:0-a çatdırır.


90’ "Neftçi” – "Qaz Metan” oyunu başa çatdı – 3:0


Xatırladaq ki, "The Sense De Luxe” otelində məskunlaşan "Neftçi” hazırlıq çərçivəsində yanvarın 20-də "İstiqlal” (İran), 23-də "Slovan” (Liberes, Çexiya), 26-da isə "Beroe” (Bolqarıstan) klubları ilə qarşılaşacaq.

 

 

 

 

 

 

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


MeqaSigorta