"Neftçi" ikinci yoxlama oyununu keçirib | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" ikinci yoxlama oyununu keçirib

"Neftçi" ikinci yoxlama oyununu keçirib

 

 

"Neftçi” PFK Antalyadakı təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib. Komandamız "Arslan Zeki Demirci” İdman Kompleksinin meydanında Çexiyanın "Slovan” (Liberes) klubu ilə qarşılaşıb. "Ağ-qaralar” 21-ci dəqiqədə Mirabdulla Abbasovun qolu ilə hesabı açsa da, qələbəni qoruya bilməyib. Komandamız 36-cı və 46-cı dəqiqələrdə qapısından top buraxaraq, məğlub olub – 1:2.


"Neftçi”: 1.Səlahət Ağayev, 3.Mamadu Mbodj, 6.Qoran Paratski (17.Rəhman Hacıyev, 69), 8.Emin Mahmudov (K) (11.Vanqelis Platellas, 46), 9.Baqali Dabo, 10.Dario Frederiko (7.Namik Ələskərov, 76), 18.Tural Axundov, 21.Məhəmməd Mirzəbəyov, 22.Mirabdulla Abbasov (36.Mamadu Kane, 68), 25.Kirilo Petrov, 93.Soni Mustivar.


Ehtiyat oyunçular: 12.Kamran İbrahimov, 20.Elnur Süleymanov, 32.Mirkamil Əliyev, 70.Əli Şirinov, 77.Elvin Sərkərov, 95.Rəhman Daşdəmirov.


1’ Oyun başlandı.


21’ QOOOLLL! "Neftçi” hesabı açdı. Baqali Dabonun ötürməsindən sonra Mirabdulla Abbasov fərqləndi – 1:0


36’ Rəqib komanda hesabı bərabərləşdirdi. "Neftçi” – "Slovan” 1:1


45’ "Neftçi” – "Slovan” oyununda ilk hissə başa çatdı – 1:1


46’ "Neftçi” – "Slovan” oyununda ikinci hissə başlandı. Emin Mahmudovun əvəzinə meydana Vanqelis Platellas daxil olub.


46’ Rəqib komanda hesabda önə çıxır. "Neftçi” – "Slovan” 1:2


68’ Mamadu Kane Mirabdulla Abbasovu əvəzləyir.


69’ Qoran Paratskinin əvəzinə meydana Rəhman Hacıyev daxil olur.


76’ Namik Ələskərov Dario Frederikonu əvəzləyir.


90’ "Neftçi” – "Slovan” oyunu başa çatdı – 1:2


Xatırladaq ki, ilk sınaq matçında Rumıniyanın "Qaz Metan” klubunu 3:0 hesabı ilə məğlub edən "Neftçi” yanvarın 26-da "Beroe” (Bolqarıstan) ilə qarşılaşacaq.

 

 

 

 

 

 

 

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


MeqaSigorta