"Neftçi" Antalya toplanışını böyükhesablı qələbə ilə başa vurdu | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" Antalya toplanışını böyükhesablı qələbə ilə başa vurdu

"Neftçi" Antalya toplanışını böyükhesablı qələbə ilə başa vurdu

"Neftçi” PFK Antalyadakı təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib. Komandamız "Arslan Zeki Demirci” İdman Kompleksinin meydanında Bolqarıstanın "Beroe” klubuna 4:0 hesabı ilə qalib gəlib. Dario Frederiko dubla (10-cu və 30-cu dəqiqələr) imza atıb. Digər qolları Baqali Dabo (39-cu dəqiqə) və Vanqelis Platellas (58-ci dəqiqə) vurublar. 42-ci dəqiqədə Emin Mahmudov penaltidən istifadə edə bilməyib.


"Neftçi”: 1.Səlahət Ağayev, 3.Mamadu Mbodj, 5.Anton Krivotsyuk, 8.Emin Mahmudov (K), 9.Baqali Dabo, 10.Dario Frederiko, 11.Vanqelis Platellas, 21.Məhəmməd Mirzəbəyov, 22.Mirabdulla Abbasov, 26.Ömər Buludov, 93.Soni Mustivar.


Ehtiyat oyunçular: 12.Kamran İbrahimov, 6.Qoran Paratski, 7.Namik Ələskərov, 15.Ruslan Abışov, 17.Rəhman Hacıyev, 18.Tural Axundov, 20.Elnur Süleymanov, 32.Mirkamil Əliyev, 36.Mamadu Kane, 70.Əli Şirinov, 77.Elvin Sərkərov, 95.Rəhman Daşdəmirov.


1’ "Neftçi” – "Beroe” oyunu başlandı.


10’ QOOOLLL! "Neftçi” hesabı açdı. Emin Mahmudovun ötürməsindən sonra Dario Frederiko fərqləndi – 1:0


15’ Səlahət Ağayev rəqib futbolçunun zərbəsindən sonra topu tutdu.


30’ QOOOLLL! Mirabdulla Abbasovun ötürməsindən sonra Dario Frederiko hesabı 2:0-a çatdırdı.


39’ QOOOLLL! Baqali Dabo gözəl qola imza atdı. O, Mirabdulla Abbasovun ötürməsindən sonra fərqləndi – 3:0


42’ Emin Mahmudov 11 metrlik cərimə zərbəsini yerrinə yetirsə də, rəqib qapıçı qola imkan vermədi. Hakim Dario Frederikoya qarşı kobudluğa görə penalti təyin etmişdi.


45’ "Neftçi” – "Beroe” oyununda ilk hissə başa çatdı – 3:0


46’ "Neftçi” – "Beroe” oyununda ikinci hissə başlandı. Məhəmməd Mirzəbəyovun əvəzinə meydana Tural Axundov daxil olub.


53’ Rəqib futbolçu Səlahət Ağayevlə təkbətək çıxsa da, qapıçımız topu qaytara bildi.


58’ QOOOLLL! Vanqelis Platellas uzaq məsafədən gözəl qola imza atdı – 4:0


59’ Səlahət Ağayev, Emin Mahmudov, Baqali Dabo, Dario Frederiko və Soni Mustivar meydanı tərk ediblər. Onların əvəzinə meydana Kamran İbrahimov, Mamadu Kane, Rəhman Hacıyev, Qoran Paratski və Namik Ələskərov daxil olublar.


75’ Ruslan Abışov ilə Elvin Sərkərov Mamadu Mbod ilə Anton Krivotsyuku əvəzləyib.


78’ Ruslan Abışovun yerinə yetirdiyi cərimə zərbəsindən sonra top qapı dirəyindən qayıtdı. Əli Şirinov Vanqelis Platellası əvəzləyib.


80’ Əli Şirinovun yerinə yetirdiyi künc zərbəsindən sonra Mirabdulla Abbasov başqa zərbə endirsə də, qapıçı topu küncə çıxardı.


83’ Qoran Paratskinin zərbəsindən sonra top qapının üstündən keçdi.


84’ Mirkamil Əliyev ilə Rəhman Daşdəmirov Mirabdulla Abbasov ilə Ömər Buludovu əvəzləyib.


85’ Rəqib futboçunun təhlükəli zərbəsi qeyri-dəqiq alındı.


90’ "Neftçi” – "Beroe” oyunu başa çatdı – 4:0


Qeyd edək ki, bundan əvvəlki sınaq matçlarında Rumıniyanın "Qaz Metan” (3:0) və Çexiyanın "Slovan” Liberes (1:2) klubları ilə qarşılaşmış "Neftçi” təlim-məşq toplanışını başa vurub. Komandamız sabah Bakıya qayıdacaq.

 

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


MeqaSigorta