Dario Frederiko Cənubi Koreya klubuna transfer olundu | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Dario Frederiko Cənubi Koreya klubuna transfer olundu

Dario Frederiko Cənubi Koreya klubuna transfer olundu

"Neftçi” PFK-nın futbolçusu Dario Frederiko komandamızın Türkiyənin Antalya şəhərində keçdiyi təlim-məşq toplanışının sonuncu günündə ona meneceri vasitəsilə başqa klubdan sərfəli təklif gəldiyini bildirib. Daha sonra tərəflər arasında bununla bağlı danışıqlar başlayıb. "Neftçi” PFK-nın tələb etdiyi kompensasiya Cənubi Koreyanın "Daequ” klubu tərəfindən ödənildikdən sonra braziliyalı futbolçunun keçidinə icazə verilib. Yarımmüdafiəçiyə xidmətlərinə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq!


Qeyd edək ki, Dario Frederiko bu mövsüm "Neftçi”nin heyətində 17 oyunda meydana çıxıb, 3 qol vurub.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


MeqaSigorta