"Neftçi" "Qarabağ"la heç-heçə edib, liderliyi qorudu | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" "Qarabağ"la heç-heçə edib, liderliyi qorudu

"Neftçi" "Qarabağ"la heç-heçə edib, liderliyi qorudu

"Neftçi” PFK Topaz Premyer Liqasının üçüncü dövrəsində ilk oyununu keçirib. Komandamız 15-ci turda "Qarabağ” klubu ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib. Rəqib komanda 6-cı dəqiqədə hesabı açsa da, "Neftçi” 30-ci dəqiqədə hesabı bərabərləşdirib. Mamadu Mbodj başla fərqlənib. 70-ci dəqiqədə Anton Krivotsyuk ikinci sarı vərəqəyə görə meydandan kənarlaşdırıldığı üşün komandamız oyunu azlıqda davam etdirib.


Qeyd edək ki, "Neftçi” 15 turdan sonra 34 xalla turnir cədvəlinin lideridir.


"Neftçi”: 1.Səlahət Ağayev, 3.Mamadu Mbodj, 5.Anton Krivotsyuk, 8.Emin Mahmudov (K) (36.Mamadu Kane, 66), 9.Baqali Dabo, 11.Vanqelis Platellas (6.Qoran Paratski, 81), 18.Tural Axundov, 22.Mirabdulla Abbasov (77.Elvin Sərkərov, 74), 25.Kirilo Petrov, 26.Ömər Buludov, 93.Soni Mustivar.


Ehtiyat oyunçular: 12.Kamran İbrahimov, 30.Aqil Məmmədov, 7.Namik Ələskərov, 15.Ruslan Abışov, 17.Rəhman Hacıyev, 21.Məhəmməd Mirzəbəyov, 32.Mirkamil Əliyev, 33.Turan Vəlizadə, 70.Əli Şirinov.


1’ Oyun başlandı.


6’ Rəqib komanda hesabı açdı – 1:0


30’ QOOOOOLLL! "Neftçi” hesabı bərabərləşdirdi. Mamadu Mbodj başla topu rəqib qapısından keçirdi – 1:1.


45’ İlk hissə bitdi.


46’ İkinci hissə başlandı.


66’ Mamadu Kane Emin Mahmudovu əvəzləyir.


70’ Anton Krivotsyuk ikinci sarı vərəqəyə görə meydandan kənarlaşdırıldı.


74’ Mirabdulla Abbasovun əvəzinə meydana Elvin Sərkərov daxil olur.


81’ Qoran Paratski Vanqelis Platellası əvəzləyir.


90+2’ Rəqib futbolçu Qara Qarayev ikinci sarı vərəqəyə görə meydandan kənarlaşdırıldı.


90+3’ Oyun başa çatdı – 1:1

 

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism