"Neftçi" "Keşlə"yə qalib gəldi | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" "Keşlə"yə qalib gəldi

"Neftçi" "Keşlə"yə qalib gəldi

 

"Neftçi” PFK Topaz Premyer Liqasının üçüncü dövrəsində ilk ev oyununu keçirib. Komandamız 16-cı turda "Keşlə” klubunu 2:0 hesabı ilə məğlub edib. "Bakcell Arena”da baş tutan görüşdə hər iki qola Emin Mahmudov (35-ci və 68-ci dəqiqələr) imza atıb.


Qeyd edək ki, "Neftçi” 16 turdan sonra 37 xalla turnir cədvəlinin lideridir.


"Neftçi”: 1.Səlahət Ağayev, 3.Mamadu Mbodj, 6.Qoran Paratski, 8.Emin Mahmudov (K) 9.Baqali Dabo (36.Mamadu Kane, 89), 11.Vanqelis Platellas (16.Canluka Sansone, 82), 18.Tural Axundov, 22.Mirabdulla Abbasov (7.Namik Ələskərov, 65), 25.Kirilo Petrov, 26.Ömər Buludov, 93.Soni Mustivar.


Ehtiyat oyunçular: 12.Kamran İbrahimov, 15.Ruslan Abışov, 17.Rəhman Hacıyev, 21.Məhəmməd Mirzəbəyov, 70.Əli Şirinov, 77.Elvin Sərkərov, 95.Rəhman Daşdəmirov.


1’ Oyun başlandı.


35’ QOOOOOLLL! "Neftçi” hesabı açdı. Mirabdulla Abbasovun ötürməsindən sonra Emin Mahmudov başla fərqləndi – 1:0.


45+2’ İlk hissə bitdi.


46’ İkinci hissə başlandı.


65’ Namik Ələskərov Mirabdulla Abbasovu əvəzləyir.


68’ QOOOOOLLL! Emin Mahmudov penaltidən fərqləndi – 2:0. Cərimə meydançasında Baqali Daboya qarşı kobud oyuna görə hakim 11 metrlik cərimə zərbəsi təyin etmişdi.


82’ Vanqelas Platellasın əvəzinə meydana Canluka Sansone daxil olur.


89’ Mamadu Kane Baqali Dabonu əvəzləyir.


90+5’ Oyun başa çatdı.

 

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism