Roberto Bordin: "Oyunu sonadək idarə edən tərəf biz idik" | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Roberto Bordin:

Roberto Bordin: "Oyunu sonadək idarə edən tərəf biz idik"

"Neftçi” PFK-nın baş məşqçisi Roberto Bordin Topaz Premyer Liqasında 16-cı turun "Keşlə” klubu ilə oyunsonrası mətbuat konfransında fikirlərini bildirib. Oyunu sonadək idarə edən tərəfin "Neftçi” olduğunu bildirən italiyalı mütəxəssis komanda üzvlərini təbrik edib:


"Oyun elə də asan alınmadı. Çünki rəqib, demək olar, bütün heyətlə müdafiə olunurdu. Buna baxmayaraq, bir neçə təhlükəli vəziyyət yarada bildik. Bunun birindən də Emin Mahmudov çox gözəl istifadə edib qol vurdu. Oyunu sonadək idarə edən tərəf biz idik. Qoldan sonra da çoxlu sayda qol epizodları yaratdıq. Əlbəttə, müdafiədə də boşluqlarımız oldu, amma Səlahət Ağayev qapımızın toxunulmazlığını qoruya bildi. Hesabı daha da artırmaq istəyirdik, amma Dabo və Sansone şanslarından istifadə edə bilmədilər. Qələbə qazandıq. Komandamı təbrik edirəm”.


Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: "Sansoneni yaxşı tanıyıram, İtaliya çempionatından gəlib. Komandaya uyğunlaşması üçün ona vaxt lazımdır. Platellasa gəlincə, həm hücumda, həm də müdafiədə bizə çox kömək edir, ondan çox razıyam. Deməzdim ki, Rəhman Hacıyev hansısa oyunçudan geri qalır, onun heç bir problemi yoxdur. Sadəcə, hər bir rəqibə uyğun taktika seçirik. Mirabdulla Abbasov isə bu gün qol vəziyyətlərindən istifadə edə bilməsə də, komandaya xeyri dəydi”.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism