"Zirə" ilə oyuna hazırlıq davam edir | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Zirə" ilə oyuna hazırlıq davam edir

"Neftçi” Topaz Premyer Liqasının 17-ci turunda qarşılaşacağı "Zirə” klubu ilə oyunun hazırlığını davam etdirir. "Keşlə” ilə qarşılaşmadan (2:0) sonra hazırlığa fasilə verməyən komandamız bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə növbəti məşqə çıxıb. Zədəli Aqil Məmmədovdan başqa bütün futbolçuların iştirak etdiyi hazırlıq prosesində toplu çalışmalar və müxtəlif təmrinlər yerinə yetirilib. Məşqə ikitərəfli oyunla yekun vurulub. Hazırlığın sabah bir məşqlə davam etməsi nəzərdə tutulub.


Xatırladaq ki, fevralın 16-da Zirə İdman Kompleksinin stadionunda keçiriləcək "Zirə” – "Neftçi” oyunu saat 17:30-da başlanacaq.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000