Moldova milli komandasının üzvü "Neftçi"də | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Moldova milli komandasının üzvü "Neftçi"də

Moldova milli komandasının üzvü "Neftçi"də

"Neftçi” PFK daha bir transfer həyata keçirib. Moldovalı futbolçu Petru Raku ilə mövsümün sonunadək müqavilə bağlanıb. 31 yaşlı müdafiəçi komandamızın heyətində 4 nömrəli formanı geyinəcək.


Qeyd edək ki, sonuncu klubu "Şerif” (2017-2018) olan Raku Moldovanın "Zimbru” (2005-2007), "Veris” (2013-2014), "Milsami” (2015-2017), İsveçin "Norrçöpinq” (2007-2011), Finlandiyanın "MüPa-47” (2008) və Danimarkanın "Hyörrinq” (2012) klublarında da çıxış edib. O, Moldova milli komandasının heyətində 47 oyun keçirib.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism