Roberto Bordin: "Çoxlu sayda hücumlar yaratsaq da, qol vura bilmədik" | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Roberto Bordin:

Roberto Bordin: "Çoxlu sayda hücumlar yaratsaq da, qol vura bilmədik"

"Neftçi” PFK-nın baş məşqçisi Roberto Bordin Topaz Premyer Liqasında 17-ci turun "Zirə” klubu ilə oyunsonrası mətbuat konfransında fikirlərini açıqlayıb. İtaliyalı mütəxəssis komandamızın qol epizodlarından yararlanmadığına görə təəssüfləndiyini bildirib:


"Çətin oyun olacağını əvvəlcədən bilirdik. İki fərqli hissə izlədik. İlk hissədə rəqib üstün oynasa da, fasilədən sonra komandamız toparlanıb çoxlu sayda hücumlar yaratdı. Amma çox təəssüf ki, bunları qola çevirə bilmədik. Bilirdik ki, rəqib əks-hücumlara üstünlük verəcək. Hətta qol da vura bilərdilər. Çox təəssüflənirəm ki, bu gün iki xal itirdik”.


Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: "Rəqibdən asılı olmayaraq hər oyuna qələbə qazanmaq üçün çıxırıq. "Zirə”nin turnir cədvəlinin aşağı pillələrində qərarlaşması motivasiyamızı azaltmamışdı. Keçən tur autsayderlər qrupunda qərarlaşan "Keşlə”yə qarşı oynadıq və qalib gəldik. Bu gün də qələbə qazana bilərdik, amma təəssüf ki, alınmadı. Səhvlər olanda hamı günahı müdafiəçilərdə axtarır, amma bu belə deyil. Hücuma atılıb qol vurmaq istəyirdik deyə, arxa xətdə boşluqlar olurdu ki, bu da normaldır. Təbii ki, çempionluq uğrunda mübarizədəki əsas rəqibimiz olan "Qarabağ” xal itirməyimizdən faydalanıb bizimlə xal fərqini 1-ə endirməyə çalışacaq, amma bu futboldur, hər şey ola bilər”.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism