"Neftçi" "Sabah"ı böyük hesabla məğlub etdi | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" "Sabah"ı böyük hesabla məğlub etdi

"Neftçi" "Sabah"ı böyük hesabla məğlub etdi

"Neftçi” PFK Topaz Premyer Liqasında növbəti oyununu keçirib. Komandamız 19-cu turda "Sabah” klubu ilə qarşılaşıb. "Bakcell Arena”da baş tutan görüşdə "ağ-qaralar” 3:0 hesabı ilə qalib gəlib. Qolları Canluka Sansone (9-cu dəqiqə), Emin Mahmudov (24-cü dəqiqə) və Baqali Dabo (79-cu dəqiqə) vurublar. 84-cü dəqiqədə isə Məhəmməd Mirzəbəyov qırmızı vərəqə ilə cəzalandırılıb.


"Neftçi”: 1.Səlahət Ağayev, 3.Mamadu Mbodj, 7.Namik Ələskərov (4.Petru Raku, 76), 8.Emin Mahmudov (K), 9.Baqali Dabo, 11.Vanqelis Platellas (36.Mamadu Kane, 57), 16.Canluka Sansone (22.Mirabdulla Abbasov, 68), 21.Məhəmməd Mirzəbəyov, 25.Kirilo Petrov, 26.Ömər Buludov, 93.Soni Mustivar.


Ehtiyat oyunçular: 12.Kamran İbrahimov, 30.Aqil Məmmədov, 5.Anton Krivotsyuk, 6.Qoran Paratski, 15.Ruslan Abışov, 33.Turan Vəlizadə, 70.Əli Şirinov.


1' Oyun başladı.

3' Mirzəbəyovun zərbəsi dəqiq alınmır.

10' QOOOOOOOL! CANLUKA SANSONE! 1:0!

15' Dabonun zərbəsindən sonra Stamenkoviç komandasını xilas edir.

24' QOOOOOOOOOL! EMİN MAHMUDOV! 2:0!

35' Stamenkoviçin növbəti seyvi, bu dəfə Dabonun zərbəsindən sonra.

39' Platellasın zərbəsi alınmır.

45' İlk hissə bitdi - 2:0.

46' İkinci hissə başladı.

57' Kane Platellası əvəzləyir.

68' Abbasov Sansoneni əvəzləyir.

69' Səlahətdən super bir seyv!

76' Raku Ələskərovu əvəzləyir.


79' QOOOOOOOOOL! BAQALİ DABO! 3:0!


84' Məhəmməd Mirzəbəyov qırmızı vərəqə ilə cəzalandırılır.


90+3’ Oyun başa çatdı – 3:0.

 

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism