"Neftçi"dən əzmkar qələbə | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi"dən əzmkar qələbə

"Neftçi"dən əzmkar qələbə

"Neftçi” PFK Topaz Premyer Liqasında növbəti oyununu keçirib. Komandamız 20-ci turda "Sumqayıt” klubu ilə qarşılaşıb. "Kapital Bank Arena”da baş tutan görüşdə "ağ-qaralar” 1:2 hesabı ilə qalib gəlib. Rəqib 26-cı dəqiqədə hesabı açsa da, "Neftçi” fasilədən sonra nəinki hesabı bərabərləşdirməyi bacarıb, hətta qələbə qolunu da vurub. Mamadu Mbodj (75-ci dəqiqə) və Ömər Buludov (87-ci dəqiqə) fərqlənib.


"Neftçi”: 1.Səlahət Ağayev, 3.Mamadu Mbodj, 7.Namik Ələskərov, 8.Emin Mahmudov (K), 9.Baqali Dabo, 11.Vanqelis Platellas, 16.Canluka Sansone, 18.Tural Axundov, 25.Kirilo Petrov, 26.Ömər Buludov, 36.Mamadu Kane.


Ehtiyat oyunçular: 12.Kamran İbrahimov, 30.Aqil Məmmədov, 4.Petru Raku, 5.Anton Krivotsyuk, 6.Qoran Paratski, 15.Ruslan Abışov, 22.Mirabdulla Abbasov, 33.Turan Vəlizadə, 70.Əli Şirinov.


1’ Oyun başlandı.


26’ Rəqib komanda hesabı açdı. Peyman Babayi fərqləndi – 1:0.


45+3’ İlk hissə başa çatdı.


46’ İkinci hissə başlandı.


68’ Mirabdulla Abbasov Vanqelis Platellası əvəzləyir.


75’ QOOOOOLLL! Emin Mahmudovun ötürməsindən sonra Mamadu Mbodj başla topu qapıdan keçirdi – 1:1.


76’ "Sumqayıt”ın qapıçısı Mehdi Cənnətov qırmızı vərəqə ilə cəzalandırıldı.


86’ Mamadu Kanenin əvəzinə meydana Qoran Paratski daxil olur.


87’ QOOOOOLLL! Ömər Buludov dəqiq zərbə ilə fərqləndi – 1:2!


90+1’ Anton Krivotsyuk Canluka Sansoneni əvəzləyir.


90+8’ Oyun başa çatdı – 1:2

 

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism