"Neftçi"nin daha 9 üzvü milli komandalarda | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi"nin daha 9 üzvü milli komandalarda

"Neftçi"nin daha 9 üzvü milli komandalarda

"Neftçi” PFK-nın 5 üzvü – Vüsal Əsgərov, İsmayıl Zülfüqarlı, İlkin Əbiyev, İnqilab Əkbərov və Nihad Qurbanlı 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına dəvət olunub. Yığma martın 16-dan 25-dək Bakıda təlim-məşq toplanışı keçirəcək. Toplanış çərçivəsində martın 22-si və 24-ü Birləşmiş Ərəb Əmirliklərinin U-19 milli komandası ilə yoldaşlıq oyunları təşkil olunacaq.


Martın 16-dan 20-dək Bakıda təlim-məşq toplanışına qatılacaq 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına isə "Neftçi” PFK-nın 4 üzvü – Rəvan Nağıyev, Nihat Cəfərov, Mirəli Əhmədov və Elgün Bayramov dəvət alıb.


Qeyd edək ki, bugünlərdə Azərbaycan milli komandasına 6, U-21 yığmasına 1, Haiti millisinə də 1 futbolçumuz çağırılmışdı.

 

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000