"Neftçi" "Səbail"lə heç-heçə etdi | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" "Səbail"lə heç-heçə etdi

"Neftçi" "Səbail"lə heç-heçə etdi

"Neftçi” PFK Topaz Premyer Liqasında növbəti oyununu keçirib. Komandamız 24-cü turda "Səbail” klubu ilə qarşılaşıb. "Bayıl Arena”da baş tutan görüşdə heç-heçə qeydə alınıb. "Neftçi” Mirabdulla Abbasovun 50-ci dəqiqədə vurduğu qolla hesabı açsa da, rəqib 81 və 85-ci dəqiqələrdə fərqlənib. Son dəqiqədə isə Mamadu Mbodj bərabərlik qolunu vurub.


"Neftçi”: 1.Səlahət Ağayev, 3.Mamadu Mbodj, 5.Anton Krivotsyuk, 6.Qoran Paratski (16.Canluka Sansone, 86), 7.Namik Ələskərov, 9.Baqali Dabo, 11.Vanqelis Platellas, 22.Mirabdulla Abbasov (18.Tural Axundov, 72), 25.Kirilo Petrov (K), 26.Ömər Buludov, 36.Mamadu Kane (17.Rəhman Hacıyev, 90+3).


Ehtiyat oyunçular: 12.Kamran İbrahimov, 30.Aqil Məmmədov, 4.Petru Raku, 15.Ruslan Abışov, 21.Məhəmməd Mirzəbəyov, 33.Turan Vəlizadə, 70.Əli Şirinov, 93.Soni Mustivar.


1’ Oyun başlandı.


İlk hissədə komandamız bir neçə qol epizodundan istifadə edə bilmədi. Mirabdulla Abbasov, Namik Ələskərov, Vanqelis Platellas və Baqali Dabo qol vurmağa yaxın oldular. Rəqibin təhlükəli hücumu zamanı isə Anton Krivotsyuk topu çıxarmaq istəyərkən, qapı tirini nişan aldı.


45+3’ İlk hissə başa çatdı.


46’ İkinci hissə başlandı.


50’ QOOOOOLLL! Namik Ələskərovun ötürməsindən sonra Mirabdulla Abbasov başla hesabı açdı – 0:1


72’ Tural Axundov Mirabdulla Abbasovu əvəzləyir.


81’ Rəqib komanda hesabı bərabərləşdirdi. Ədilxan Qarəhmədov fərqləndi – 1:1


85’ "Səbail” Ağabala Ramazanovun qolu ilə hesabda önə keçir – 2:1


86’ Qoran Paratskinin əvəzinə meydana Canluka Sansone daxil olur.


90+3’ Rəhman Hacıyev Mamadu Kaneni əvəzləyir.


90+5’ QOOOOOLLL! Mamadu Mbodj baş zərbəsi ilə hesabı bərabərləşdirdi – 2:2


90+5’ Oyun başa çatdı – 2:2

 

 

 

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000