Roberto Bordin: "Çempionluq uğrunda sonadək mübarizə aparacağıq" | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Roberto Bordin:

Roberto Bordin: "Çempionluq uğrunda sonadək mübarizə aparacağıq"

"Neftçi” PFK-nın baş məşqçisi Roberto Bordin Topaz Premyer Liqasında 24-cü turun "Səbail” klubu ilə oyunsonrası mətbuat konfransında fikirlərini açıqlayıb. İtaliyalı mütəxəssis komandamızın çempionluq uğrunda sonadək mübarizə aparacağını bildirib:


"Bizim üçün gözlənilməz nəticədir. İlk hissədə çalışırdıq ki, oyuna nəzarət edən tərəf olaq. Hesabı açandan sonra növbəti qolu vurmağa çalışırdıq. Lakin rəqib hesabı bərabərləşdirdi. Həmin qoldan sonra komandamızda balans itdi. Çalışdıq ki, bu balansı yenidən bərpa edək. Sonadək mübarizə aparıb hesabı bərabərlişdirməyi bacardıq. Heç-heçə bizim üçün neqativ nəticə olsa da, bilirik ki, sonadək vuruşmaq lazımdır”.


Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: "Mirabdullanın əvəzinə meydana Sansoneni buraxa bilməzdim. Çünki Abbasov azərbaycanlıdır, onun yerinə əcnəbi futbolçu daxil etsəydim, limiti pozmuş olardım. Digər tərəfdən də həmin vaxt rəqib 4-5 futbolçu ilə hücum edirdi. Buna görə də meydana Tural Axundovu buraxdım. Buna baxmayaraq, demək olar, 4 hücumçu ilə oynayırdıq. Mirabdullanın zədələnməsi qırılma nöqtəsi oldu, planlarımızı pozdu. Sxemi dəyişmək məcburiyyətdə qaldım. Müdafiəmizin sol cinahının zəif təsir bağışlamağı fikri ilə razı deyiləm. Oyuna nəzarət edən tərəf biz idik və Anton da vəzifəsinin öhdəsindən yaxşı gəldi. Son dəqiqəyədək yalnız qələbə haqda düşünürdük, amma "Səbail” düzgün müdafiə olunurdu. Təbii ki, Emin Mahmudovun da yoxluğu hiss olundu. O, komandamızın aparıcı üzvüdür, kapitanıdır, demək olar ki, simvoludur, öz mövqeyində Azərbaycanda ən yaxşılardandır. Deməzdim ki, komandam pis oynadı. "Neftçi” istər 1-ci, istərsə də 2-ci hissədə, ümumiyyətlə, göstərdiyi oyunla çempionluq titulunu qazanmağa layiqdir. Uşaq yaşlarımdan futbolun içindəyəm, peşəkar futbolçu olmuşam. Bundan əlavə, illər boyu həm köməkçi, həm də baş məşqçi kimi çalışmışam, kifayət qədər təcrübəm var. İkinci yer üçün oynamırıq, məqsədimiz çempionluqdur. Əmin olun ki, çempionluq uğrunda sonadək mübarizə aparacağıq”.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism