"Neftçi" "Sabah"ı məğlub etdi | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" "Sabah"ı məğlub etdi

"Neftçi” PFK Topaz Premyer Liqasında növbəti oyununu keçirib. Komandamız 25-ci turda "Sabah” klubu ilə qarşılaşıb. "Əlincə Arena”da baş tutan görüşdə "ağ-qaralar” Namik Ələskərovun 59-cu və 62-ci dəqiqələrdə vurduğu qollar sayəsində qələbə qazanıb.


Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 55-ə çatdıran "Neftçi” 2-ci yeri tutur.


"Neftçi”: 1.Səlahət Ağayev, 3.Mamadu Mbodj, 6.Qoran Paratski, 7.Namik Ələskərov (17.Rəhman Hacıyev, 88), 8.Emin Mahmudov (K), 9.Baqali Dabo, 11.Vanqelis Platellas (36.Mamadu Kane, 71), 18.Tural Axundov, 22.Mirabdulla Abbasov, 25.Kirilo Petrov (5.Anton Krivotsyuk, 4), 26.Ömər Buludov.


Ehtiyat oyunçular: 12.Kamran İbrahimov, 4.Petru Raku, 15.Ruslan Abışov, 21.Məhəmməd Mirzəbəyov, 33.Turan Vəlizadə, 70.Əli Şirinov, 93.Soni Mustivar.


1’ Oyun başlandı.

4’ Anton Krivotsyuk zədələnmiş Kirilo Petrovu əvəzləyir.

8’ Namik Ələskərovun ötürməsindən sonra Emin Mahmudov hədəfə düşə bilmədi.

13’ Mirabdulla Abbasovun zərbəsindən sonra top qapı dirəyinə tuş gəldi.

20’ "Sabah”ın təhlükəli hücumundan sonra top qapının yanından keçdi.

23’ Mirabdulla Abbasov qapıçı ilə təkbətək çıxsa da, Namik Ələskərovun gözəl ötürməsini qola çevirə bilmədi.

45+1’ Səlahət Ağayev Erik Ramosun təhlükəli zərbəsinin qarşısını aldı.

45+3’ Səlahət Ağayev bu dəfə Marko Deviçin qol vurmasına mane oldu.

45+3’ İlk hissə başa çatdı.

46’ İkinci hissə başlandı.

54’ "Sabah”ın futbolçusu Novruz Məmmədov kobud oyuna görə ikinci sarı vərəqəyə görə meydandan kənarlaşdırılır.

59’ QOOOOOLLL! Baqali Dabonun ötürməsindən sonra Namik Ələskərov hesabı açdı – 0:1

62’ QOOOOOLLL! Namik Ələskərov cərimə zərbəsindən gözəl qola imza atdı – 0:2

71’ Vanqelis Platellasın əvəzinə meydana Mamadu Kane daxil olur.

88’ Rəhman Hacıyev Namik Ələskərovu əvəzləyir.

89’ Anton Krivotsyukun qol vurmasına rəqib qapıçı imkan vermədi.

90+3’ Oyun başa çatdı – 0:2

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism